"Bayern"-dən 80 milyonluq transfer

Futbolda

21 Mart 2019 0

Almaniya çempionu "Bayern Münxen" klubu növbəti transferini yekunlaşdırıb. 

Futbolda.az "Sport Bible" saytına istinadən xəbər verir ki, "Bayern" artıq Atletiko Madrid klubundan fransız futbolçu Lucas Hernandezi 80 milyon avro qarşılığında transfer edib. 

Məlumatda bildirilir ki, futbolçu üçün artıq Bayern Münxen 40 milyon avro ödəniş edib və yeni mövsümdən futboçunu öz heyətinə qatacaq. 

23 yaşlı futbolçu ilə 4 və ya 5 illik müqavilə imzalandığı deyilir. 

Qeyd edək ki, "Bayern Münxen" klubu 1 ay öncə digər fransız dünya çempionu Benjamin Pavardi "Ştutgard" klubundan transfer etmişdi. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur