Millimiz AVRO-2020-nin seçmə mərhələsində ilk matçına çıxır

Futbolda

21 Mart 2019 0

Bu gün AVRO 2020-nin seçmə mərhələsinin ilk qrup matçlarına start verilir. 

Futbolda.az xəbər verir ki, bu gün baş tutacaq 10 matç arasında millimizin Xorvatiya ilə matçıda yer alıb. 

Yeni baş məşqçinin rəhbərliyi ilə ilk matçına çıxan milli komandamız üçün olduqca çətin bir matç olacağı gözlənilir. Son dünya çempionatının finalçısı matçın aşkar favoriti sayılır. 

Millimizin yer aldığı E qrupunda bu gün daha bir matç baş tutur. Slovakiya millisi Macarıstanı qonaq edir. 

Qeyd edək ki, millimizin matçı Bakı vaxtı ilə 23.45-də start götürəcək. Matçı CBC Sport kanalı vasitəsilə canlı izləyə bilərsiniz. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur