İspaniyada gündəm Xerard Pike

Kenan Heyderli

1 Mart 2019 0

Kral Kubokunun yarımfinal mərhələsində "Real Madridi" mübarizədən kənarlaşdıran "Barselona"da 32 yaşlı müdafiəçi Xerard Pikenin açıqlamaları İspaniyanı düşüncə cəhətdən yenidən ikiyə bölüb.

"Real Madridli" futbolçuların oyun sonrası VAR sistemindən narazılıqlarını dilə gətirməsinə münasibət bildirən təcrübəli müdafiəçi jurnalistlərə verdiyi müsahibəsində Əgər mətbuat VAR sistemindən danışmaqdansa, İspaniyadakı siyasi məhbusların həbsinə işıq tutsaydı, bu gün ölkə olaraq daha irəli gedə bilərdik sözlərini sərf edib.

Pikenin açıqlamasına tənqidi yanaşanlar onu İspaniyanın bütövlüyünü pozmaqda günahlandırıb. La Liqa preezidenti Xavier Tebas, İspaniyalı mərkəz müdafiəçisi haqqında O, böyük futbolçu olduğu qədər də böyük təbliğatçıdır. Ancaq, çox pis hüquqçudur. İspaniyada siyasi məhbus yoxdur fikirlərini dilə gətirib.

Kataloniyanın müstəqilliyini müdafiə edən insanlar isə Pikeyə dəstəklərini ifadə edib. Madrid Hökümətinin təzyiqlərindən qaçaraq Belçikaya sığınan Kataloniya hökümətinin başçısı Karlos Pidgemont şəxsi Twitter hesabından futbolçuya təşəkkürünü bildirib.

Xatırladaq ki, yaxın günlərdə 12 Katalan siyasi lider "dövlətə qarşı gəlmək"lə ittiham olunaraq həbs edilmişdi.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur