FİFA, Emiliano Sala məsələsini araşdıracaq

Kenan Heyderli

28 Fevral 2019 0

FİFA, dünyasını dəyişmiş futbolçu Emiliano Salanın transfer haqları uğrunda Nant və Kardiff klubları arasında gedən mübarizəni araşdırmağa qərar verib.

Xatırladaq ki, 15 milyon qarşılığında Salanı Nantdan transfer edən Premyer Liqa təmsilçisinin ödənişin ilk mərhələsini gecikdirməsindən sonra fransızlar futbolun ali qurumuna müraciət etmişdi. Kardif Sitinin klub tarixinin ən bahalı transferi olan 28 yaşlı Argentinalı forvard 21 yanvarda baş vermiş təyyarə qəzası nəticəsində yoxa çıxmışdı. 6 fevralda isə La Manş boğazında aşkarlanmış təyyarənin içərisindəki meyidin Salaya aid olduğu ictimaiyyətə bildirilmişdi.

Maraq üçün Futbolda.az olaraq 2009-2019 illəri ərzində həyatını itirən məşhur futbolçuların siyahısını sizlərə təqdim edirik:

Ürək Çatışmazlığı: 1. Davide Astori (m, 1987-2018) - Milan, Roma, Fiorentina; 2. Şeyx Tiote (y.m, 1986-2018) - Tvente, Nyukasl, Pekin Enterprise; 3. Kristian Benitez (h, 1986 - 2013) - Birmingem, Klub Amerika 4. Ediz Bahtiyaroğlu (m,1986-2012) - Ankraragücü, Eskişehirspor 5. Daniel Xarke (m, 1983-2009) - Espanyol 5. İvan Turina (q, 1980-2013) - Dinamo Zaqreb, Lex, AİK Stokholm İntihar: 1. Robert Enke - (q, 1977-2009) - Benfika, Barselona, Fənərbağça, Hannover; 2. Françek Raytoral (m, 1986-2017) - Viktoria Plzen, Hannover, Qaziantepsor; Avto qəza 1. Şehmus Özer - (h, 1980-2016) - Kayserispor, Akhisarspor, Amed 2. Junior Malanda - (y.m, 1994-2015) - Volfsburq Təyyarə qəzası 1. Şapokoense klubunun 71 üzvü (19 futbolçu daxil) - 2016 2. Emiliano Sala (h, 1990-2019) - Bordo, Orlean, Nyor, Kan, Nant

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur