80 milyonluq futbolçuya cəza

Kenan Heyderli

28 Fevral 2019 0

"Çelsi" klubu mövsümün əvvəlində 80 milyon avroya "Atletik Bilbao"dan transfer etdiyi qapıçı Kepa Arrizabalaqa üçün təyin etdiyi cəzanı açıqlayıb.

Belə ki, İspan qolkiperin bir həftəlik maaşı kəsilərək xeyriyyə məqsədilə "Çelsi Akademiyası"na bağışlanacaq. Maraq üçün qeyd edək ki, gənc qolkiperin həftəlik əmək haqqı 195 min avrodur.

Xatırladaq ki, 25 fevral tarixində İngiltərə Liqa Kuboku finalında "Mançester Siti" ilə keçirilən görüşdə Vili Kabalyero ilə əvəzlənmək istəməyən Kepa baş məşqçi Maurisio Sarrini özündən çıxartmışdı.

Eyni zamanda "Tottenhem"  üzəridə qələbənin qazanıldığı (2-0) London derbisini də kənardan izləyən 25 yaşlı çərçivə qoruyucusunun 29-cu turda Fulhem ilə keçiriləcək səfər matçında iştirakı sual altındadır.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur