"Messi bütün dövrlərin ən yaxşısıdır..."

Kenan Heyderli

28 Fevral 2019 0

Ən az "Yer kürəsi düzdür ya dairəvi?", "Toyuq ilkdir ya yumurta?" sualları qədər dillər əzbəri bir məsələdir "Messi ya Ronaldo?" sualı.

Sadəcə futbol həvəskarları deyil, futbol biliciləri, peşəkar futbolçular, məşqçilər, idarəçilər və işi futboldan keçən bir çox şəxs kimi Almaniya millisinin keçmiş kapitanı Mihail Ballak da məsələyə münasibət bildirib.

Bayer Leverkusen, Bayern Münhen və Çelsi formalarını tərlədən Ballak rəqib və komanda yoldaşı olaraq oynadığı bütün futbolçulardan rəmzi heyət tərtib edərkən Messini Maradona ilə bərabər dünyanın ən yaxşısı adlandırıb.

Ballakin ilk 11-i: Qapıçı - Oliver Kan Müdafiəçilər - Con Terri, Lusio, Kafu, Maldini Yarımmüdafiəçilər - Xavi, Emerson, İniesta, Hücumçular - Kristiano Ronaldo, Messi, Ronaldo (El Fenomeno) Məşqçi: Jose Mourinho Ehtiyat: Petr Çex, Ze Roberto, Essien, Droqba.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur