"Lyon" klubu Mbape ilə bacarmadı

Famil Mustafayev

8 Oktyabr 2018 0

Fransa "Liqa 1"də növbəti turun oyunları keçirilib.

FutboldaÇempionatın vahid və qarşısı alınmaz lideri növbəti qələbəsini qazanıb. Paris təmsilçisi ölkə daxili yarışlarda artıq demək olarki rəqib tanımır. Parislilərin növbəti qurbanı çemoionatın iddialılarından olan "Lyon" kollektivi olub.

PSJ doğma divarlar arasında qonaq etdiyi komandanı ağır məğlubiyyətə uğradıb. Matçın final fiti səslənəndə elektron tablo 5-0 hesabını göstərirdi. Oyunun qəhrəmanı isə adı son vaxtlar avropanın nəhəng klubları ilə hallanan gənc ulduz K.Mbape olub. Hücumçu cəmi 13 dəqiqə ərzində rəqibi 4 dəfə meydanın mərkəzinə dəvət etməklə pokerini rəsmiləşdirib.

Matçın digər qolunu isə parislilərin braziliyalı ulduzu Neymar oyunun 9-cu dəqiqəsində penalti zərbəsindən vurub.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur