İngiltərə Premyer Liqsasın-da 3 hakimiyyətlik

Famil Mustafayev

8 Oktyabr 2018 0

İngiltərə çempionatında 8-ci tur turnir cədvəli baxımından olduqca vacib tur sayılırdı.

Futbolda.az xəbər verir ki, nəhayətki bu turun nəticələrindən sonra turnir cədvəlinin vahid liderinin adına aydınlıq gələ bilərdi. Ancaq hadisələr başqa cür cərayan etdiyindən nəticədə premyerliqada 3 hakimiyyətlik yarandı. Buna səbəb növbəti Klopp Qvardiyola qarşıdurmasında sükutun pozulmaması və Çelsinin böyük hesablı qələbəsi olub.

M.Sarrinin yetirmələri səfərdə Sautkemptonu quru hesabla məğlub edib 0-3. Nəticədə Man.Siti, Liverpul və Çelsi komandalarının hər birinin aktivində 20 xal toplanıbki, bununlada komandalar müvafiq olaraq ilk 3 pillədə qırarlaşıblar.

Digər iri hesablı qələbə Arsenalın aktivinə yazılıb. Topçular səfərdə Fulhemin daşını daş üstdə qoymayıblar 1-5.

Bu nəticə ilə U.Emerinin kollektivi 18 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəliblər. Arsenalı ilk 3 yerdən cəmi 2 xal ayırır.

İngiltərə Premyer Liqsası

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur