"İnter"dən ardıcıl 4-cü qələbə

Famil Mustafayev

8 Oktyabr 2018 0

İtaliya çempionatında dünən oynanılan 6 qarşılaşma ilə 8-ci tura yekun vurulub.

Futbolda.az xəbər verir ki, turun son oyununda "İnter" səfərdə "Spal" komandası ilə qarşılaşıb. Göy-qaralar bu dəfə də oyundan qalib ayrılmağı bacarıb. Hücum xəttinin lideri M.İcardi dubl etməklə komandasına çətin səfər matçında 2-1 hesablı qələbə qazandırıb. Bu Milan təmsilçisinin çempionatında ardıcıl 4-cü qələbəsi olub.

Şəhərin eyni adlı komandası "Milan" da turu qələbə ilə başa vurub. San Siroda Kiyevonu qəbul edən qırmızı-qaralar rəqibinə 3-1 hesabla üalib gəlib.

Turun digər nəticələri: Latsio - Fiorentina 1-0 Cenova - Parma 1-3 Atalanta - Sampdoriya 0-1 Napoli - Sassuolo 2-0

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur