Neftçi komandası uğurlu çıxışını davam etdirir

Famil Mustafayev

7 Oktyabr 2018 0

Topaz premyerliqasında 7-ci turun oyunları başa çatıb.

Futbolda.az xəbər verir ki, təkcə Avropa Liqası-nın qrup mərhələsində "Arsenal"ı qəbul edən "Qarabağ" bu tur oyun keçirməyib. Komandanın bu turda qarşılaşacağı "Keşlə" komandası ilə oyun Oktyabr ayının son gününə təyin edilib.

Digər 3 matçın hamısında meydan sahibləri qələbə qazanmağı bacarıblar. Mövsümə uğurlu start verən "Neftçi" öz meydanında debütant "Sabah" komandasını 2-0 hesabı ilə məğlub edib. Bu həm də "Neftçi" futbolçularının çempionatın ilk dövrəsini qalib kimi başa vurmalarına səbəb olub.

Turun digər oyunlarında bu nəticələr qeydə alınıb. Səbail - Sumqayıt 2-0 Zirə - Qəbələ 1-0. 

7 turdan sonra "Neftçi" komandası aktivinə 19 xal yazdıraraq ilk pillədə qərarlaşıb.

Qarabağ Neftçidən bir oyun az keçirməklə 16 xalla ikinci pilləni tutur.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur