İngiltərə Premyer Liqasında həftənin matçı

Famil Mustafayev

7 Oktyabr 2018 0

İngiltərə premyerliqasında 8-ci tur çərçivəsində turun mərkəzi görüşü "Liverpul" "Mançester Siti" arasında keçiriləcək.

Futbolda.az xəbər verir ki, ölkə çempionatına möhtəşəm start verən hər iki kollektiv turnir cədvəlinin ilk iki pilləsini bölüşürlər. Oyunu maraqlı edən bir neçə məqam varki, onlardan biri də bu komandaların heç birinin EPL-də məğlubiyyətin nə olduğunu bilməməsidir. Hər iki kollektiv buna qədər 7 qələbə qazanıb yalnız bir oyunda heç-heçə edib.

Komandaların müdafiə xətlərinin də etibarlı olması diqqət çəkir. Belə ki, hər iki komanda arxada qalan 7 tur ərzində cəmi 3 dəfə topu qapılarında görüblər. Ötən mövsümün qalibi olan şəhərlilər üçün oyun heç də asan keçməyəcək. Doğrudur məhsuldarlıq baxımından Qvardiyolanın kollektivi rəqibini üstələməyi bacarıb.

Ancaq bu mövsüm qarşısına çempionluq hədəfi qoyan Liverpulun hücum xətti də olduqca inamlı təsir bağışlayır. Bu səbəbdən də Qvardiyolanın yetirmələri bir qədər diqqətli olmalıdırlar. Əks təqdirdə komanda premyerliqada ilk məğlubiyyəti ilə barışmalı olacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur