"Qalatasaray" nəhəyətki səfərdə qələbə qazandı

Famil Mustafayev

6 Oktyabr 2018 0

Türkiyə Superliqasının növbəti turu çərçivəsində səfərdə Antalyasporla qarşılaşan "Qalatasaray" nəhayətki qələbə qazana bilib.

Futbolda.az xəbər verir ki, komanda uzun aradan sonra səfər oyununda qələbə qazanmağı bacarıb. Minimal hesablı qələbəyə sevinən aslanların yeganə qolunu matçın 87-ci dəqiqəsində hollandiyalı legioner Donk R vurub.

Əvvəlki iki səfər oyununda böyük hesablı məğlubiyyətlər alan komanda son olaraq UÇL-da səfərdə Portoya 1-0 hesabı ilə məğlub olmuşdu. Bu qələbədən sonra Fatih Terimin kollektivi turnir cədvəlinin şəriksiz liderinə çevrilib.

Xatırladaq ki, növbəti turda "Qalatasaray" öz meydanında Bursasporu qəbul edəcək.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur