"Real Madrid"-in qolsuzluq seriyası davam edir

Famil Mustafayev

6 Oktyabr 2018 0

İspaniya çempionatı növbəti tur "Real Madrid" üçün yenə də uğurlu alınmayıb.

Futbolda.az xəbər verir ki, səfərdə "Alaves"lə qarşılaşan komanda minimal hesablı məğlubiyyətlə üzləşib. Bu məğlubiyyət Kral klubunda sıradan bir məğlubiyyət olmayıb. Son 3 matçda qol vurmağı bacarmayan komanda bu dəfə də ənənəsinə sadiq qalıb. Oyunun 90-cı dəqiqəsinə əlavə olunmuş vaxtda qapısında qol görən komanda ardıcıl 4-cü oyundurki qələbə qazana bilmir.

Ötən tur paytaxt derbisində Atletiko ilə qolsuz bərabərliyə razılaşan komanda daha öncə səfərdə "Sevilya"ya 3-0 hesabı ilə məğlub olmuşdu. Həftə arası UÇL-da Moskvada ÇSKA-ya da məğlub olan komandada baş məşqçi dəyişikliyi qaçılmazdır.

Artıq mətbuatda da bu cür xəbərlər görünməyə başlayıb. Artıq rəhbərlik Lopoteqini əvəzləyəcək mütəxəssis axtarışındadır.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur