Mourinyonun komandasından möhtəşəm geri dönüş

Famil Mustafayev

6 Oktyabr 2018 0

İngiltərə Premyer Liqasında-da növbəti turun oyunları baş tutub.

Futbolda.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmasının Old Trafordda qeydə alındığını desək yanılmarıq. Belə ki son vaxtlar J.Mourinyonun klubdakı taleyinin naməlum olması bu oyunun əhəmiyyətini birazda artırırdı.

Doğma divarlar arasında Nyukaslla qarşılaşan qırmızı şeytanlar üçün matç heçdə yaxşı başlamayıb. Oyunun 7 və 10-cu dəqiqələrində qonaqlar tərəfindən 2 dəfə ard-arda meydanın mərkəzinə dəvət olunan Yunayted yalnız matçın 2-ci hissəsində özünə gələ bilib.

Oyunun 2-ci hisdəsində Mourinyonun etdiyi həmlələr oyunun taleyini həll edib. İlk hissədə buraxılan 2 qola 3 qolla qarşılıq verən meydan sahibləri oyundan 3-2 qalib ayrılmağı bacarıblar.Bu həmdə J.Mourinyonun istefasının ən azı 1 həftə sonraya qədər ertələnməsinə səbəb oldu.


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur