Bosniyalı məşqçi Liqa 1-də

Famil Mustafayev

2 Oktyabr 2018 0

Fransa çempionatında yeni məşqçi təyinatı reallaşıb.

Çempionata cari mövsümdə uğursuz start verən Nant komandasına Bosniya və Hersoqavinalı məşqçi Vahid Halilhodziç baş məşqçi təyin edilib. Bir vaxtlar Superliqada Trabzonsporun da baş məşqçisi olmuş Halilhodziçin son iş yeri Yaponiya millisi olmuşdu.

Fransa klubunun rəsmi internet səhifəsindən verilən məlumata görə Halildodziçlə 2020-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaqki, Nant bu mövsüm Liqa 1-də 8 oyunun 1-ində qələbə, 3 oyunda heç-heçə, yerdə qalan 4 oyunda isə məğlub olub.

Bu nəticələrdən sonra komanda cəmi 6 xal toplayıbki, bu da onların turnir cədvəlində 19-cu pillədə yer almasına səbəb olub.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur