Rusiya yığmasının qapısında yeni ad

Famil Mustafayev

2 Oktyabr 2018 0

Rusiya yığması və Moskva ÇSKA-sının dəyişilməz çərçivə qoruyucusu İqor Akinfeyev yığma kariyerasını bitirdiyini açıqlayıb.

Uzun illər Rusiya yığmasında 1 nömrə olan Akinfeyev mətbuat konfransı keçirərək yığma kariyerasını sonlandırdığını ictimaiyyətə bildirib. "Artıq getmək vaxtının gəldiyini düşünürəm. Gənclərə şans vermək və şərait yaratmaq lazım olduğu qənaətinə gəldim. Ona görə də bu cür qərar verdim"

Akinfeyev bu qərarı açıqladıqdan sonra bütün diqqətlər yığmanın baş məşqçisi Stanislav Çerçesova yönlənib.

Beləki hamı bir suala cavab axtarırdı."Bunnan sonra yığmanın əsas qapıçısı kim olacaq?" S.Çerçesov da öz növbəsində bu suala aydınlıq gətirib. Onun sözlərinə görə budnan sonra yığmada əsas qapıçı "Zenit" klubunun üzvü olan Andrey Lunyov olacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur