Paytaxt klubu oyunçuları ilə müqaviləni uzatdı

Famil Mustafayev

2 Oktyabr 2018 0

İtaliyanın Latsio klubu komandanın aparıcı üzvləri S.Milinkoviç-Saviç və Ç.İmmobile ilə müqavilənin müddətini uzadıb.

Beləki hər iki futbolçu ilə 2023-cü ilin 30 iyununa kimi nəzərdə tutulan müqavilə imzalanıb. Ötən mövsüm İcardi ilə bombardirlik yarışmasında ilk iki yeri bölüşən hücumçu, bu mövsümdə meydana çıxdığı 8 oyuna 5 qol vurmağa imkan tapıb. Yay transfer pəncərəsinin ən öndə olan simalarından olan S.Milinkoviç-Saviç isə bu mövsüm 7 oyuna 1 qol və 1 assistlik performansla yadda qalıb.

Xatırladaq ki, serb yarım müdafiəçi ilə Man.Yunayted, Man.Siti, Real Madrid və PSJ komandaları yaxından maraqlanırdılar.

Paytaxt klubunun rəhbərliyi isə 100 milyon avrodan aşağı gələn təklifləri dəyərləndirməyəcəklərini bildirmişdi.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur