Pep Qvardiyola təkzib etdi

Famil Mustafayev

2 Oktyabr 2018 0

UÇL-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində Hofenhaymın qonağı olacaq Man.Sitinin baş məşqçisi P.Qvardiyola mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

Mütəxəssisə ən çox sual əlbəttəki, son vaxtlar gündəmi zəbt edən Mbape ilə bağlı mövzuda verilirdi. Məşqçi çox kəskin şəkildə bu transferi istəməsini təkzib edib.

Sonra o sözlərinə belə davam edib: Mən bütün jurnalistləri hər bir komandaya və komanda üzvlərinə hörmətlə yanaşmağa çağırıram. Bu gün Mbape PSJ-nin üzvüdür və biz buna hörmətlə yanaşırıq. Bu cür xəbərləri hardan çıxarırsınız mən bilmirəm. Amma bir şeyi bilirəmki, biz onu transfer etmək fikrində deyilik. Sonda Qvardiyola R.Sterlinqin də komanda qalacağı ilə bağlı məlumat verib.

Xatırladaq ki, son günlər onun da komandadan ayrılacağı ilə bağlı məlumatlar mətbuata sızmağa başlamışdı.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur