"Qarabağ"ın oyunu İtaliyali referiyə tapşırıldı

Famil Mustafayev

2 Oktyabr 2018 0

Oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda İngiltərənin Arsenal klubunu qəbul edəcək Qarabağ komandası oyunun hazırlıqlarını davam etdirir.

Bu arada UEFA bu oyunun idarəsini italiyalı hakimlər briqadasına həvalə edib. Appeninli ədalət təmsilçisi daha öncə Bakı İnterinin (indiki "Keşlə") 2014/15 mövsümündə AL-nın 2-ci təsnifat mərhələsində baş tutan oyununu idarə etmişdi. O zaman "Elfsborq"la səfərdə qarşılaşan təmsilçimiz 1-0 hesablı qələbəyə sevinmişdi.Həmin oyunda ədaləti qoruyan referi rəqibin 5, İnterin isə 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırmışdı.

Xatırladaq ki, Qarabağ-Arsenal oyunu saat 21:00-da başlanacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur