Çempionlar Liqasında bir-birindən maraqlı qarşılaşmalar olacaq

Famil Mustafayev

2 Oktyabr 2018 0

Təxminən 2 həftəlik fasilədən sonra Avropanın 1 nömrəli klub turniri UÇL-nın qrup mərhələsinin 2-ci turuna 8 oyunla start veriləcək.

Futbolda.az xəbər verir ki, gecənin maraq doğuran qarşılaşmarı içərisindən Bayern M - Ayaks və M.Yunayted - Valensiya oyunlarını xüsusi ilə qeyd etmək olar.

Almaniyada Allianz arenada baş tutacaq matçın start fiti saat 23:00-da veriləcək. Turnirdə zəngin ənənələrə malik olan iki klubun oyunları hər zaman böyük maraq kəsb etmişdir. "Ayaks" hər nə qədər keçmiş günlərindən uzaq olsa da, bu amil oyunun marağına kölgə salmır.

Qırmızı şeytanlar isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi Valensiyanı qəbul edir. M.Yunayted EPL-da heçdə yaxşı günlərini yaşamır. Klub ard-arda gözlənilməz xallar itirir. Rəqib haqda da elə də xoş sözlər demək olmaz. Onların da daxili çempionatda stabil oyun göstərdiklərini söyləmək olmaz.

Gecənin digər qarşılaşmaları aşağıdakılardır:

Hofenhaym-M.Siti Yuventus-Yanq boyz AEK-Benfika Roma-V.Plzen ÇSKA-R.Madrid Lion-Ş.Donetsk

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur