Biliçin yeni komandasının adına aydınlıq gəlib

Famil Mustafayev

30 Sentyabr 2018 0

Xorvat mütəxəssis Səudiyyə Ərəbistanı komandalarından Əl-İttihadın baş məşqçi postuna təyin olunub.

Futbolda.az xəbər verir ki, Biliç ilə müqavilə mövsüm sonuna kimi bağlanılıb. Əgər mövsümün sonunda qarşıya qoyulan hədəflərə çatarsa, məşqçi ilə uzunmüddətli müqavilənin imzalanacağı deyilir. S.Biliçin son iş yeri EPL-da mübarizə aparan "Vesthem Yunayted" komandası olub. Daha çox Xorvatiya milli komandası və Türkiyə Beşiktaşındakı fəaliyyəti ilə tanınan məşqçinin İngiltərədəki kariyerası elə də uğurlu alınmamışdı.

Xatırladaq ki, S.Biliç 1998 DÇ-nın bürünc mükafatçısıdır.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur