Əmrə 3-4 ay yaşıl meydanlardan kənar qalacaq

Famil Mustafayev

30 Sentyabr 2018 0

Qalatasaray və Türkiyə yığmasının ulduz futbolçusu Əmrə Akbaba zədələnib.

Futbolda.az xəbər verir ki, futbolçu Superliqanın 7-ci turu çərçivəsində keçirilən Qalatasaray-Ərzurumspor oyununda zədələnib. İkili mübarizə zamanı sol ayağının baş barmağının əzən futbolçu artıq əməliyyat da olunub. Klubun həkimlərinin sözlərinə görə əməliyyat uğurlu keçib. Futbolçunun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Son zamanlar ulduzu parlayan oyunçu əsasən UEFA Millətlər liqası turnirində İsveçlə səfər oyununda son dəqiqədə vurduğu qələbə qolu ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur