21-ci əsrdə bunu edən olmamışdı

Famil Mustafayev

30 Sentyabr 2018 0

Belçika yığmasının və "Valensiya"nın hücumçusu M.Batşuayi bir ilkə imza atıb.

Beləki o, 21-ci əsrdə kariyerası boyunca 4 böyük liqada oynayan və qol vurmağı bacaran yegane futbolçu adını qazanıb. O bu nəticəyə İspaniya çempionatında Valensiyanın Selta ilə qarşılaşdığı oyunda vurduğu qol ilə sahib olub.

Valensiyaya qədər ölkəsində "Standart Liyej"də oynamış olan futbolçu sonradan "Olimpik Marsel", "Çelsi", "B.Dortmund"un da formasını geyinməyə imkan tapıb.

Müqavilə ilə "Çelsi"yə məxsus olan futbolçu son zamanlar əsasən icarə əsasında digər komandaların şərəfini qoruyub.

Beş fərqli klubun formasını geyinən Mişi bu günədək 110 dəfə fərqlənməyi bacarıb.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur