K.Mbape üçün fantastik təklif

Famil Mustafayev

30 Sentyabr 2018 0

Qış transfer pəncərisində K.Mbape üçün "Mançester Siti" tərəfindən 200 milyon funtsterlinq dəyərində bir təklifin irəli sürüləcəyi iddiaları ortaya çıxıb.

Futbolda.az xəbər verir ki, şəhərlilərin baş məşqçisi Pep Qvardiyola UÇL-ını qazanmağın tək yolu kimi, məhz bu oyunçunun transfer olunmasının vacibliyini rəhbərliyə bildirib. Yayılan xəbərlərə görə artıq Pep, rəhbərliyi də buna inandırmağı bacarıb. Artıq qışda rəsmi təklifin irəli sürüləcəyinə də qərar verilib. Əgər bu trasnsfer baş tutarsa Neymara aid olan transfer rekorduda qırılmış olacaq.

Onu da qeyd edək ki, oyunçu ilə İspaniya nəhəngi "Real Madrid"də yaxından maraqlanırdı. Qeyri-rəsmi məlumatlara inansaq oyunçunun özünündə Madridə getməyə həvəsli olduğu deyilir.

Xatırladaq ki, K.Mbape "PSJ"-yə Monakodan təxminən 180 milyon avro qarşılığında transfer olunmuşdu.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur