Neftçidən böyük hesablı, Qarabağdan vacib qələbə

Famil Mustafayev

30 Sentyabr 2018 0

Topaz premyerliqasına 2 oyunla start verildi.

Futbolda.az xəbər verir ki, "Neftçi" doğma azarkeşləri qarşısında "Səbail"i qəbul edirdi. Oyun meydan sahibləri üçün elə də gərgin keçmədi. Bunu hesabdan da aydın şəkildə görmək olar. Oyunun 7 və 42-ci dəqiqələrində fərqlənən F.Darionun dubluna 25 və 69-cu dəqiqələrdə fərqlənən B.Dabo dəstək verdi. Xallarının sayını 16-ya çatdıran xalq komandası yalnız şəxsi göstəricilərə görə "Qarabağ"ı qabaqlayaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Oktyabr ayının 4-də Avropa Liqası turniri çərçivəsində Bakıda İngiltərənin "Arsenal" klubunu qəbul edəcək "Qarabağ" da daxili çempionatda növbəti oyununu keçirib. Komanda debütant "Sabah" komandasının qonağı olub. Görüş Ağdam təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qollar matçın sonlarına yaxın vurulub.82 və 88-ci dəqiqələrdə müvafiq olaraq M.Miçel və İ.Emeqara fərqlənib.

Topaz premyerliqasının 6-cı turuna sentyabrın 30-una planlaşdırılan 2 oyunla yekun vurulacaq.

Saat 18:00-da Qəbələ Keşləni, saat 20:00-da isə Sumqayıt Zirəni qəbul edəcək.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur