"Liverpul" çempionatda məğlub olmaq istəmir

Famil Mustafayev

30 Sentyabr 2018 0

İngiltərə Premyer Liqasında-da növbəti turun oyunları keçirilib.

Futbolda.az xəbər verir ki, turun böyük maraq kəsb edən oyununda "Çelsi" öz meydanında "Liverpul"u qəbul edib. Bir neçə gün öncə kubok oyununda rəqibini səfərdə məğlub etməyi bacaran zadəganlar bunu doğma azarkeşlər önündə təkrarlaya bilməyiblər. 25-ci dəqiqədə "Çelsi" E.Hazardla önə keçsədə qələbə hesabını matçın son dəqiqələrində əldən veriblər. Daniel Staric oyunun 89-cu dəqiqəsində bərabərliyi gətirən qola imza atıb.

Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:

Arsenal - Uotford 2-0 Everton - Fulhem 3-0 Haddersfild - Totenhem 0-2 Man.Siti - Brayton 2-0 Nyukasl - Lester 0-2 Uolves - Sautkempton 2-0 Vesthem - Man.Yunayted 3-1 Tura Cardif - Börnli və Bornmut - K.Pelas matçları ilə yekun vurulacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur