"Bayern" klubunun uğursuz çıxışı davam edir

Famil Mustafayev

30 Sentyabr 2018 0

Bundesliqada 6-cı tur yenə ənənəsinə sadiq qalaraq bol qollu keçməsi ilə yadda qalır.

Belə ki, baş tutan 7 qarşılaşmada qapılara 22 qol vurulub ki bununda 6-sı "B.Leverkuzen"-"B.Dortmund" oyununa təsadüf edib. Ötən tur Nürünberqin qapısından 7 cavabsız top keçirən Dortmundlular bu dəfə rəqibini 4-2 hesabı ilə məğlub edib.

Tur daha bir əlamətdar hədisə ilə yadda qalır. "Şalke" nəhayətki qələbə qazana bilib. Bu "Şalke"nin cari mövsümdə həm ilk qələbəsi, həm də ilk xalları olub.

Bundan başqa son ölkə çempionu "Bavariya" komandası cari mövsümə iddialı başlaya paytaxt təmsilçisinə məğlub olub. "Bavariya" 2 tur ardıcıl olaraq xal itirib.

6-cı turun bütün oyunlarının nəticələri:

B.Leverkuzen - B.Dortmund 2-4 Hofenhaym - Leypziq 1-2 Nürünberq - Düseldorf 3-0 Şalke - Maynts 1-0 Ştutqart - Verder 2-1 Volsburq-B.Münxenqladbax 2-2 Herta B - Bavariya 2-0 Tura 2 oyunla yekun vurulacaq. Ayntraxt F - Hannover Aysburq - Frayburq

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur