Seria "A"da 7-ci tur maraqlı qarşılaşmalarla start götürdü

Famil Mustafayev

30 Sentyabr 2018 0

İtaliya çempionatında növbəti 7-ci turun oyunlarına start verilib.

İlk oyun günündə 3 qarşılaşma keçirilib. Əvvəlcə azarkeşlər paytaxt derbisinə şahidlik ediblər. Oyunda nominal ev sahibi olan Canavarlar həmşəhərlilərini məğlub etməyi bacarıblar.

Oyunda hesabı hissənin son dəqiqəsində cərimə meydançasında qarışıqlıqdan istifadə edən L.Peleqrini açıb. Bu həmdə ilk hissənin yekun hesabı olub. İkinci hissə qol baxımından daha maraqlı alınıb. Beləki oyunun 67-ci dəqiqəsində "Roman"ın müdafiəçisi F.Fazionun kobud səhvini ötən mövsümün bombardiri C.İmmobile bağışlamayıb 1-1. Lakin qonaqların sevinci çox çəkməyib. 71-ci dəqiqədə Roma hesabda yenidən önə keçib. A.Kolarov dəqiq cərimə zərbəsi ilə fərqlənib. Hesab birdə matçın 86-cı dəqiqəsində dəyişib Roma 3-cü topu Latsionun qapısından keçirib. Bu dəfə F.Fazio komandasının qəhrəmanına çevrilib Roma-Latsio 3-1.

Daha bir maraqlı görüş Turində baş tutub. "Yuventus" öz meydanında turnir cədvəlinin 2-cisi "Napoli"ni qəbul edib. Oyun olduqca gərgin şəraitdə keçib. 7 sarı, 1 qırmızı vərəqənin verildiyi matçda turinlilər 3-1 hesablı qələbəyə sevinib.

Digər oyunda İnter öz meydanında Kalyaridən üstün olub 2-0. Xatırladaqki bu Milan təmsilçisin ardıcıl 3-cü qələbəsidir.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur