"Barselona" la liqa-da növbəti xallarını itirdi

Futbolda

29 Sentyabr 2018 0

La Liqa-nın son çempionu "Barselona" ardıcıl üçüncü dəfə xal itkisinə məruz qaldı. 

Futbolda.az xəbər verir ki, öz meydanında "Atletiko Club" klubunu qəbul edən "Barselona" matçdan 1-1 hesablı bərabərlik ilə ayrılmalı oldu. Matçda ilk qolu 41-ci dəqiqədə De Marcos vuraraq qonaqları hesabda irəli çıxar bilib. 

İkinci hissənin sonlarında isə sonradan meydana daxil olan Munir Barselona-ya bir xal gətirən qolu vura bilib. 

Bu matçdan sonra aktivində 14 xalı olan Barselona hazırda müvəqqəti olaraq turnir cədvəlində liderdir. 

Qeyd edək ki, La Liqa-nın son üç turunda Barselona cəmi iki xal toplaya bilib. (iki heç-heçə və bir məğlubiyyət) 

 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur