"Mançester Yunayted"-dən ardıcıl 3-cü məğlubiyyət

Futbolda

29 Sentyabr 2018 0

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında ardıcıl ikinci, ümumilikdə isə ardıcıl üçüncü dəfə məğlub oldu. 

Futbolda.az xəbər verir ki, qırmızı şeytanlar bu gün premyer liqanın yeddinci turunda səfərdə "Vest Ham" klubunun qonağı olub. Matça ardıcıl hücumlarla başlayan "Vest Ham" artıq ilk hissədə Mançester qapısından iki cavabsız qol keçirə bilmişdir. 

İkinci hissədə Markus Raşford-un oyuna daxil olması ilə daha çox hücumlar edən "Mançester Yunayted" 71-ci dəqiqədə Raşford-un qolu hesabı 2-1 edə bildi. Lakin cəmi 3 dəqiqə sonra Marko Arnautoviç hesabı 3-1 edərək "Mançester Yunayted"-ə məğlubiyyət yaşada bildi. 

Bu məğlubiyyətdən sonra aktivində 10 xalı olan "Mançester Yunayted" turnir cədvəlində müvəqqəti olaraq 8-ci pillədə qərarlaşıb. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur