Həftə sonu La Liqa, Serie A və Premyer Liqa derbiləri

Famil Mustafayev

28 Sentyabr 2018 0

Həftə sonu futbol azarkeşləri darıxmayacaqlar. Böyük beşlik ölkələrinin çempionatlarında bir-birindən maraqlı qarşılaşmalar baş tutacaq.

Futbolda.az xəbər verir ki, İtaliya "A" seriyasında iki möhtəşəm matç start götürəcək. Turun bəzəyi sayılacaq oyunda, paytaxt derbisində Roma nominal ev sahibi kimi Latsionu qonaq edəcək. Oyunun atmosferi haqda xüsusi nəsə qeyd etməyə dəyməz. Əvvəlki illərdə baş tutan qarşılaşmalar oyunun hansı səviyyədə olacağından xəbər verir.

"Roma" cari mövsümdə elə də uğurlu çıxış etmir. Latsio isə əksinə mövsümə uğurlu start verib. Odurki bizi çox maraqlı derbinin gözlədiyini indidən deyə bilərik.

Digər prinsipial oyunda "Yuventus" öz meydanında "Neapol" tamsilçisi "Napoli"ni qəbul edəcək. Bu oyunda turnir cədvəli baxımından olduqca önəmlidir. Napoli qalib gələcəyi təqdirdə aradakı 3 xallıq fərq sıfıra enəcək. "Yuventus" qalib gələrsə onda liderlik mövqeyini biraz da möhkəmləndirəcək.

İngiltərə Prmeyer Liqasında isə "Çelsi" öz meydanında bir neçə gün öncə kubok turnirində səfərdə məğlub etdiyi və cari mövsümdə ilk məğlubiyyətini qazandırdığı "Liverpul"u qəbul edəcək. Bu amil oyunun prinsipiallığını biraz da artıracaq.

Bundesliqada turun matçı "B.Leverkuzen" və "B.Dortmund" arasında keçiriləcək. Ötən tur böyük hesablı qələbəyə imza atan Dortmundluların bu oyunda nələr edə biləcəyi çoz maraqlıdır.

İspaniya La liqasında azarkeşlər Madrid derbisinə şahidlik edəcəklər. Ötən turu fərqli nəticələrlə yekunlaşdıran rəqiblər bu dəfə Santiyaqo Barnabeyoda qarşılaşacaqlar. Bol qollu oyun olma ehtimalı yüksək olduğunu nəzərə alsaq maraqlı qarşılaşma olacağını indidən demək olar.

Fransa liqasında turun oyunu kimi Lill-Marsel oyununu göstərmək olar. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların oyunu Liqa 1 izləyiciləri üçün böyük maraq kəsb edir. Turnir cədvəlində 2-4-cü yerləri bölüşən 3 komandanın 13 xalı olması oyunun prinsipiallığını biraz da artırır.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur