Jose Mourinyo üçün yolun sonu.....

Famil Mustafayev

28 Sentyabr 2018 0

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi olan J.Mourinyo tezliklə klubu tərk edə bilər.

Buna səbəb kimi komandanın qeyri-stabil nəticələr göstərməsi və son zamanlar baş verən komandaxili problemlər göstərilir. Artıq İngiltərənin nüfuzlu bukmeyker kontorları J.Mourinyo üçün komandadan getməsi halında gələcəkdə çalışdıra bilmə ehtimalı olan kollektivlərin mərc əmsalları da dərc edilib.

Beləki Special One'nın hazırki klubundan getmə ehtimalı hər keçən gün artır. Bu səbəbdən də həmin kontorlar Jozenin gələcəkdə ən çox çalışdırma ehtimalı olan iki kollektivə verdiyi əmsalları açıqlayıblar.

Bunlardan biri Portuqaliya yığma komandasıdırki 5.50 əmsalla dəyərləndirilib. Digəri isə yenidən "İnter"in sükanı arxasına keçmə ehtimalıdırki, bu da 3.25 əmsala bərabər tutulub.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur