Pogba "Mançestr Yunaytedi" tərk edə bilər

Famil Mustafayev

27 Sentyabr 2018 0

Bir neçə gün öncə sosial şəbəkələrdə Mançester Yunaytedin məşqində çəkilmiş maraqlı bir video yayıldı.

Videonun əsas qəhrəmanları isə klubun baş məşqçisi J.Mourinyo və yarımmüdafiəçisi P.Pogba olub.

Bu ikili arasında münasibətlərin yaxşı olmadığı deyilir. Beləki artıq Mourinyonun onu transferə çıxartmaq barədə rəhbərliyə müraciət etdiyi xəbərləri də gündəmi zəbt edib.

Qeyri-rəsmi məlumatlara görə artıq ona 200 milyon funtdan artıq qiymət qoyulduğu deyilir.

Xatlrladaq ki, Pogba ilə yay transfer dönəmində İspaniya nəhəngləri Real və Barselona yaxından maraqlanırdılar.

Hadisələrin bu cür inkişafı qış transfer dövründə Pogbanın klubunu dəyişməsi ilə nəticələnə bilər.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur