Almaniya Bundesliqasında qol yağışı

Famil Mustafayev

27 Sentyabr 2018 0

Almaniya Bundesliqanın son turu qol baxımından olduqca baxımlı keçib.

Beləki, baş tutan 9 qarşılaşmada qapılara 27 top vurulubki, buda oyun başına 3 qol deməkdir. İlk oyun günündə 4 qarşılaşma baş tutub.Bu oyunlardan yalnız birində heç-heçə qeydə alınıbki, oda son ölkə çempionunun adı ilə bağlıdı.

Evdə "Ausburqu" qonaq edən Münxenlilər 1-1 hesablı nəticəylə razılaşmalı olublar.

Digər üç qarşılaşma isə bu hesablarla nəticələnib: Verder.B-Herta B 3-1 Hannover-Hofenhaim 1-3 Frayburq-Şalke 1-0.

Xatırladaqki "Şalke" bu mövsüm bundesliqada xala möhtac qalan yeganə kollektivdir.

İkinci oyun günündə də bir-birindən maraqlı qarşılaşmalar baş tutub. Turun yeganə qolsuz başa çatan matçında "Mayınts" öz meydanında "Volsburqla" qolsuz heç-heçəyə razılaşıb. "B.Münxenqladbax" "Frankfurt Ayntraxtını" 3-1, Leypziq Ştutqartı 2-0, B.Leverkuzen Düsseldorfu səfərdə 2-1 hesabı ilə məğlub edib.

Günün ən maraqlı və bol qollu qarşılaşması Dortmund təmçilçisinin aktivinə yazılıb. Evdə Nürübberqi qəbul edən Dortmundlular qonağla heçdə ev sahibi kimi davranmayıb. Rəqib qapısından nə az nə çox 7 cavabsız top keçirən komandanın qollarının 3-ündə M.Roys öz imzasını atıb. Beləki oyunda dubl edən hücumçu bir qolun da ötürməsini verib. Matçda digər qolları Larsen, Hakimi, Akanji, Sancho, Weigl vurub.

Beləliklə Signal İduna parka gələn 75 min 700 azarkeş sevimli komandalarının ifasında möhtəşəm tamaşaya şahidlik ediblər.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur