Qarabağın Avroliqadakı rəqibi büdrədi

Kenan Heyderli

25 Sentyabr 2018 0

"Qarabağ"ın Avroliqanın ilk turunda Lissabonda məğlub olduğu (2-0) "Sportinq" səfərdə Portuqaliyanın digər köklü komandası ''Braqa''ya minimal hesabla boyun əyib: 1-0

Meydan sahiblərinin heyətində 1.90-lıq forvard Dyeqo Sousa bir toxunuşla topu Romain Sallinin qoruduğu qapıdan keçirərək komandasını "Benfika" ilə şərikli liderə çevirib.

"Aslanlar" isə, 5 turdan sonra ilk dəfə meydanı başıaşağı tərk edərək 5-ci sıraya geriləyib. Qrupdakı digər rəqiblərimiz isə eynilə "Qarabağ" kimi (Qəbələ 4-1) həftə sonu öz liqa oyunlarını qələbə ilə başa vurublar.

Ukrayna təmsilçisi "Vorskla" dramatik keçən matçda son dəqiqələrdə penalti qaçırsa da, davan edən hücumda "Zorya" klubunun öz qapısına vurduğu qolla meydandan qalib ayrılıb (2-1).

Qrupumuzun favoriti "Arsenal" isə, "Emereyts"də Cenk Tosunlu "Everton" sınağından xüsusilə, Petr Çexin möhtəşəm oyunu sayəsində üzüağ çıxıb. Auabameyang və Lacazzete hərəyə bir dəfə Aaron Ramseyin ötürməsini dəqiq tamamlayıb: 2-0. Yeri gəlmişkən, Ağdam klubu növbəti oyununu Bakı Olimpiya Stadionunda məhz "topçular"la keçirəcək. Oyun 4 oktyabr saat 20:55-də start götürəcək.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur