Onlara yer yoxdur: Salah, Neymar, Cavani

Futbolda

25 Sentyabr 2018 0

FİFA, 24 sentyabrda Londonda baş tutan mükafatlandırma mərasimində ən yaxşı 11-liyi açıqlayıb.

5 fərqli klubun yer aldığı ''Dream Team" siyahısında  ÇL-nın son üç mövsümünün qalibi Real Madrid 5 futbolçu ilə rəqiblərindən fərqlənməyi bacarıb. Kral klubunu PSJ (2), Çelsi (2), Barselona (1) və Mançester Yunayted (1) izləyib.

Oyunçulara mükafatlarını əfsanəvi braziliyalı futbolçu Ronaldinyo və dövrünün ən yaxşı 13 nömrəsi alman Mixail Ballak təqdim edib.

Dünya çempionatında zəif çıxış edən De Gea, ÇL-nın qalibi Navas (Real Madrid, Kosta Rika) və dünya üçüncüsü Krutuadan (Çelsi, Belçika), dünya çempionatında zədəsi səbəbiylə ümumiyyətlə iştirak etməyən Dani Alves isə komanda yoldaşı Tomas Meunier (PSJ, Belçika) ilə Rusiyadakı mundialda ən baxımlı qola imza atan Pavarddan (Ştutqart, Fransa) üstün tutulub.

Siyahıda özünə yer tapa bilməyənlər arasında ötən mövsümə rəng qatan Misirli Salahın adının olmaması da maraqlıdır.

FİFA-ya görə ən yaxşı 11:

Qapıçı - David de Gea (Mançester Yunayted)
Müdafiəçilər - Marcelo Vieira , Serxio Ramos, Rafael Varane (hər üçü Real Madrid), Dani Alves (PSJ)
Yarımmüdafiəçilər - Modriç (Real Madrid), Ngolo Kante, Eden Hazard (hər ikisi Çelsi)
Hücumçular - Kristiano Ronaldo (Real Madrid), Kylian Mbappe (PSJ), Messi (Barselona)

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur