Dortmundun super qəhrəmanı - Kapitan Amerika Pulisic

Futbolda

22 Sentyabr 2018 0

 Həftə içi Çempionlar liqasının qrup mərhələsinin ilk turunda Belçika təmsilçisi Brüggeni məğlub edən Dortmund Borussiyası Almaniya çempionatının 4-cü turu çərçivəsində Hoffenhaymla görüşdən də gənc Amerikalı futbolçusu Christian Pulisicin sayəsində xalla ayrılmağı bacardı. 

Xorvat əsilli 20 yaşlı oyunçu eynilə Brügge maçında olduğu kimi yenə 85-ci dəqiqədə sarı qaraların xilaskarı kimi səhnəyə çıxdı. Beləliklə, Pulisic dörd gün içində Dortmun azarkeşlərinin gözündə Marvel Komiksin məşhur super qəhrəman personajı Kapitan Amerikana çevrildi.

Görüşə gəlincə, Borussiya Dortmund kimi ÇL-da səfər matçına çıxan (Şaxtyor Donetsk, 2-2) Hoffenhaym hissənin sonunda gənc çalışdırıcıları Yulian Naqelsmanı sevindirməyi bacarıb. ''Kəndçilərin'' heyətində 22 yaşlı Braziliyalı hücumçu Joelinton topu İsveçrəli əlcək sahibi Bürkinin əlləri çatmayan nöqtəyə yuvarlayıb:1-0

76-cı dəqiqədə Borussiya daha bir ağır zərbə alıb. Fransalı 22 yaşlı müdafiəçi Abdou Diallo birbaşa qırmızı vərəqə alaraq 30 min azarkeşin izlədiyi arenanı vaxtından əvvəl tərk edib. Buna baxmayaraq Reus-Pulisic ikilisi Diallodan fərqli olaraq baş məşqçi Lusyan Favrın üzünü ağ etməyi bacarıb. Almaniyalı vingerin ötürməsini dəqiq tamamlayan Pulisic həm də yekun hesabı müəyyənləşdirib:1-1

Bu nəticə ilə öz meydanında iki görüşdən də maksimum nəticəylə ayrılan Dortmundlular səfərdəki ikinci görüşündən də heç-heçə ilə ayrılaraq xalını 8-ə çatdırıb. İlk 3 görüşdə 3 xal qazanan (2 məğlubiyyət, 1 qələbə) Hoffenhaym isə xalını 4-ə yüksəldib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur