"Mançester Yunayted"-dən vacib qələbə / VİDEO

Futbolda

2 Sentyabr 2018 0

"Mançester Yunayted" ardıcıl iki məğlubiyyətdən sonra vacib qələbə qazana bildi. 

Futbolda.az xəbər verir ki, bu gün ingiltərə premyer liqasının dördüncü turu çərçivəsində "Mançester Yunayted" səfərdə "Burnley" klubunu 2-0 hesabı ilə məğlub edə bildi. 

Matçda qolları 27 və 44-cü dəqiqələrdə Romelu Lukaku rəqib qapısından keçirə bilmişdi. Matçın yadda qalan məqamlarından biri isə Markus Raşford-un 71-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etməsi oldu. 

Bununlada Raşford premyer liqanın növbəti üç matçını buraxmalı olacaq. 

Bu qələbədən sonra aktivində ki xalları 6-ya çatdıran qırmızı şeytanlar 10-cu pillədə qərarlaşıb. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur