"Arsenal" mövsümdə ikinci qələbəsini qazandı / VİDEO

Futbolda

2 Sentyabr 2018 0

"Arsenal" yeni premyer liqa mövsümündə ikinci qələbəsini qazandı. 

Futbolda.az xəbər verir ki, bu gün premyer liqa mövsümünün dördüncü turunun matçında "Arsenal" səfərdə "Cardiff Siti" üzərində 2-3 hesablı qələbə qazana bildi. 

Matçın 11-ci dəqiqəsində Mustafi "Arsenalı" irəli çıxara bilsə də, ilk hissənin sonlarında "Cardiff Siti" hesabı bərabərləşdirə bildi. İkinci hissənin 62-ci dəqiqəsində Aubameyang "Arsenal"-ı 2-1 irəli çıxara bilmişdi. Lakin 70-ci dəqiqədə Danny Ward hesaba yenidən tarazlıq gətirə bildi. 

Matçın 81-ci dəqiqəsində isə Lacazette komandasına qələbə gətirən 3-cü qolu vura bildi. Bu qələbədən sonra aktivində 6 xalı olan "Arsenal" hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.  



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur