"Liverpul"dan ardıcıl dördüncü qələbə / VİDEO

Futbolda

1 Sentyabr 2018 0

Bu gün İngiltərə Premyer Liqasında 4-cü turun matçları baş tutur. 

Futbolda.az xəbər verir ki, yeni mövsümə mükəmmək başlayan "Liverpul" bu gün səfərdə "Lester Siti" klubunun qonağı olub. Matç "Liverpul" klubunun 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçda qolları 10-cu dəqiqədə Sadio Mane, 45-ci dəqiqədə Roberto Firmino və 63-cü dəqiqədə Alisson Bekker-in kobud səhfindən istifadə edən Ghezzal vura bilib. 

Bu qələbədən sonra 4 matçdan 4 qalibiyyət əldə edərək 12 xal toplayan "Liverpul" turnir cədvəlində liderliyini davam etdirməkdədir. 

Qeyd edək ki, Liverpul bu mövsüm keçirdiyi 4 matçda rəqib qapılarına 9 qol vuraraq öz qapısından cəmi 1 qol buraxıb. 




Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur