"PSJ" liqada növbəti qələbəsini qazandı / VİDEO

Futbolda

25 Avqust 2018 0

Son Fransa çempionu "PSJ" çempionatın üçüncü turunu qələbə ilə bitirdi. 

Futbolda.az xəbər verir ki, "PSJ" fransa liqasının üçüncü turunda öz meydanında Angers klubunu 3-1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyini qoruya bildi. 

Matçda ilk qolu 12-ci dəqiqədə zədəsini sağaldaraq komandaya qoşulan Kavani vura bilib. Lakin matçın 20-ci dəqiqəsində rəqib komanda penaltidən hesabı 1-1 edə bilmişdir. 

İkinci hissədə isə Kylian Mbappe matçın 51-ci dəqiqəsində hesabı 2-1 edə bildi. Matçda son nöqtəni isə 66-cı dəqiqədə Neymar qoydu. 

Bu qələbədən sonra keçirdiyi hər üç matçda qalib gələn PSJ turnir cədvəlində 9 xall liderliyini davam etdirir. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur