"Arsenal" yeni mövsümdə ilk qələbəsini qazandı / VİDEO

Futbolda

25 Avqust 2018 0

"Arsenal" yeni premyer liqa mövsümdə ilk qələbəsini qazandı. 

Futbolda.az xəbər verir ki, mövsümə yeni baş məşqçi ilə başlayan "Arsenal" klubu ilk iki turun uğursuzluğundan sonra nəhayət üçüncü turda vacib qələbəni qazana bildi. 

Matçda hesabı 25-ci dəqiqədə Marko Arnautoviç açsa da, "Arsenal" klubu 30-cu dəqiqədə Nacho Monreal ilə hesaba tarazlıq gətirə bilmişdir. Matçın ikinci hissədində isə daha iki qol vuran "Arsenal" 3-1 hesabı ilə qələbə qazana bildi. 

Yeni mövsümdə ilk qələbəsini qazanan Arsenal hazırda 3 xalla 11-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Arsenal" növbəti turda "Cardiff Siti" klubu ilə qarşılaşacaq. 




Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur