Thiery Anri baş məşqçi gətirilir

Futbolda

22 Avqust 2018 0

Thiery Anri Fransa-nın "Bordeux" klubunun yeni baş məşqçisi təyin edilir. 

Futbolda.az ESPN saytına istinadən xəbər verir ki, hazırkı baş məşqçisini klub rəhbərliyi ilə anlaşa bilmədiyi üçün vəzifəsindən müvəqqəti olaraq kənarlaşdıran "Bordeux", artıq yaxın günlərdə əfsanəvi Thiery Anri-ni yeni baş məşqçi təyin edəcək. 

Fransa mətbuatında yayılan məlumatlara görə klub rəhbərliyi artıq keçmiş futbolçu ilə razılıq əldə edə bilib.

Qeyd edək ki, Belçika millisində köməkçi məşqçi kimi çalışan Thiery Anri 2018 Dünya Kubokunda Belçika millisi ilə bürünc medalları qazana bilmişdir. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur