"Mançester Yunayted" səfərdə məğlub oldu / VİDEO

Futbolda

19 Avqust 2018 0

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının ikinci turunda məğlub oldu. 

Futbolda.az xəbər verir ki, son premyer liqas mövsümünün ikincisi olan Mançester Yunayted bu gün yeni mövsümün ikinci turunda səfərdə "Brayton" klubuna 3-2 hesabı gözlənilmədən məğlub olub.

Matçın ilk hissəsində ev sahibləri Brayton klubu 25, 27 və 44-cü dəqiqələrdə, Mançester Yunayted isə 34-cü dəqiqədə Romelu Lukaku ilə fərqlənə bilmişdir. İkinci hissədə isə Paul Pogba penaltidən matçın son qolunu rəsmiləşdirə bilir. 

Bu məğlubiyyətdən sonra "Mançester Yunayted"-in aktivində cəmi 3 xalı var. 

Qeyd edək ki, qırmızı şeytanların növbəti matçı 27 avqust tarixində Tottenham klubuna qarşı olacaq. 



 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur