Mbappe-dən möhtəşəm performans / VİDEO

Futbolda

18 Avqust 2018 0

Fransa Liqasının ikinci turunda "PSJ" son dəqiqələrdə qalib gələ bildi. 

Futbolda.az xəbər verir ki, Fransa liqasında səfərdə "Guingamp" klubunun qonağı olan "PSJ" qalibiyyəti son 8 dəqiqədə əldə edə bildi. İlk hissədə ev sahibləri artıq 20-ci dəqiqədə hesabda önə çıxa bilmişdilər. 

Lakin ikinci hissədə Neymar 53-cü dəqiqədə penaltidən hesaba tarazlıq gətirə bilmişdir. Bundan sonra isə ikinci hissədə matça daxil olan Mbappe 82 və 90-cı dəqiqələrdə dubl edərək komandasına 1-3 hesablı qələbə qazandıra bilib. 

Bu qələbədən sonra aktivində 6 xalı olan PSJ turnir cədvəlində liderliyini davam etdirir. 

Matçdan icmalı sizlərə təqdim edirik. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur