"Çelsi" - "Arsenal" / Start heyətlər

Futbolda

18 Avqust 2018 0

Bu gün İngiltərə Premyer Liqasında ikinci turun matçları baş tutur. 

Futbolda.az xəbər verir ki, turun mərkəzi matçında "Çelsi""Arsenal" klubları qarşılaşır. Yeni baş məşqçi ilə mövsümə başlayan hər iki klub matçdan müsbət nəticə ilə ayrılmaq niyyətindədirlər. 

İlk turda "Çelsi" klubu "Huddersfield" üzərində 3-0 hesablı inamlı qələbə qazandığı halda, "Arsenal" öz meydanında son çempion Mançester Siti-yə 0-2 hesabı ilə məğlub olmuşdur. 

Bakı vaxtı ilə 20.30-da start götürəcək matça klublar aşağıdakı start heyətlərlə çıxacaqlar. 

Çelsi - Kepa, Azpilicueta, Rudiger, Luiz, Alonso, Kante, Jorginho, Willian, Barkley, Pedro, Morata.

Arsenal - Cech, Bellerin, Sokratis, Mustafi, Monreal, Xhaka, Guendouzi, Mkhitaryan, Ozil, Iwobi, Aubameyang.


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur