David Silva İspaniya millisində karyerasını bitirdi

Futbolda

13 Avqust 2018 0

"Mançester Siti" yarımmüdafiəçisi David Silva milli karyerasını bitirdiyini açıqladı. 

Futbolda.az ESPN saytında istinadən xəbər verir ki, futbolçu bu gün öz rəsmi twitter hesabından İspaniya millisində karyerasını bitirdiyini açıqlayıb. 12 illik milli karyerasında David Silva İspaniya millisi ilə birlikdə iki dəfə Avropa və bir dəfə Dünya Çempionu adını qazana bilib. 

Futbolçu toplam olaraq millidə 125 matçda forma geyinərək rəqib qapılarında 35 qol keçirə bilib. Futbolçunun son matçı 2018 Dünya Çempionatının Rusiya millisi ilə 1/8 final matçı olmuşdur. 

Qeyd edək ki, David Silva-dan öncə Gerard Pique və Andres İniesta-da bu milli karyeralarını bitiridiklərini açıqlamışdılar. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur