"Liverpul" mövsümə darmadağın ilə başladı / VİDEO

Futbolda

12 Avqust 2018 0

"Liverpul" İngiltərə Premyer Liqasının yeni mövsümünə darmadağın ilə başladı. 

Futbolda.az xəbər verir ki, İngiltərə Premyer Liqasının ilk turunda Liverpul səfərdə "Vest Ham Yunayted" üzərində 3-0 hesablı inamlı qələbə qazanaraq mövsümə qələbə ilə başladı. 

Matçda qolları 19-cu dəqiqədə Məhəmməd Salah, 45 və 53-cü dəqiqələrdə Sadio Mane, 88-ci dəqiqədə isə sonradan matça daxil olan Daniel Sturridge vura bilib. 

Bu qələbədən sonra "Liverpul" top fərqi ilə turnir cədvəlində ilk pillədə qərarlaşa bilib. 





Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur