"Sevilya"-dan Super Kubok öncəsi etiraz

Futbolda

12 Avqust 2018 0

"Sevilya" klubu İspaniya Super Kuboku öncəsi İspaniya Futbol Federasiyasına qarşı etiraz edib. 

Futbolda.az ESPN saytına istinadən xəbər verir ki, "Sevilya" klubu Super Kubok matçına bir gün qalmış İspaniya Futbol Federasiyasının qeyri-avropa vətəndaşlığı olan futbolçu limitini Super Kubok matçı üçün ləğv etməsinə qarşı etiraz edib. 

Belə ki, hazırda La Liqa qaydalarına görə hər bir klub heyətində yalnız 5 qeyri-avropa vətəndaşı olan futbolçu ola bilər və matç zamanı isə yalnız 3 futbolçu heyətdə ola bilər. Lakin İspaniya Futbol Federasiyasının yalnız Super Kubok matçı üçün bu qanuni ləğv etməsini Sevilya klubu etiraz ilə qarşılayıb. 

Əgər "Barselona" matç üçün üç dən artıq qeyri-avropa vətəndaşlığı olan futbolçu heyətə daxil edərsə, Sevilya klubu qanun çərçivəsində etiraz edəcək. Bəzi məlumatlara görə hətta klub matça çıxmaqdan etiraz edə bilər. 

Hazırda "Barselona" klubunun heyətində üç qeyri-avropa vətəndaşı olan futbolçu var. Bunlar yeni transferlər Malcom, Arturo Vidal və Arthur-dur. Lionel Messi və Luis Suarez-in artıq Avropa Birliyi vətəndaşlıqları var. Philippe Koutinyo isə ötən gün Poturaliya vətəndaşlığını alıb. 

Qeyd edək ki, Barselona - Sevilya Super Kubok matçı bu gücə 00.00-da start götürəcək. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur