"Mançester Yunayted" yeni mövsümə qələbə ilə başladı

Futbolda

11 Avqust 2018 0

Bu gün İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib. 

Futbolda.az xəbər verir ki, mövsümün ilk matçında "Mançester Yunayted" öz meydanında "Lester Siti" üzərində 2-1 hesablı qələbə qazanaraq 3 xalını qazana bilib. 

Matçda çox yaxşı başlayan qırmızı şeytanlar artıq 3-cü dəqiqədə penaltidən Pogba ilə hesabı ilə 1-0 edə bildi. Matçın 83-cü dəqiqəsində isə müdafiəçi Luke Shaw hesabı 2-0 edə bilmişdir. Matçın 90-cı dəqiqəsində isə Jamie Vardy Lester Siti-nin yeganə qolunu vura bildi. 

Qeyd edək ki, Mançester Yunayted-in yeni transferi Fred ilk premyer liqa matçına çıxıb. 

Mançester Yunayted İngiltərə premyer liqasına qələbə ilə başladı


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur